26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kvaratsxeliya da ermənilərin vəhşiliklərindən danışdı FOTOLAR

“Turan-T”yə yeni təyin olunmuş Badri Kvaratsxeliya bu gün Tovuz Rayon İcra Başçısının rəhbəri Tofiq Zeynalovla görüşüb. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, başçının qəbulunda olan gürcü mütəxəssis Zeynalovla fikir mübadiləsi aparıb. Söhbət zamanı, futbolla yaxından maraqlanan, daim komandanın yanında olan, klubun inkişafı üçün əlindən gələni edən icra başçısı Kvatarsxeliyaya öz tövsiyələrini verib. O, baş məşqçiyə daim dəstək olacağını, komandanın yanında olacağını və arxasında duracağını bəyan edib.

Kvaratsxeliya da bu görüşdən məmnun qalıb. Rayon rəhbərliyinin diqqət qayğısından fərəhləndiyini bildirən mütəxəssis komandanı lazımi səviyyəyə qaldıracağını və Tovuz futbolunun şöhrətini qaytarmaq üçün əlindən gələni edəcəyini deyib.

Daha sonra o, öz təşəbbüsü ilə vətən uğrunda şəhid olan şəhidlərimizi yad edib. Komandanı toplayan Badri Kvaratsxeliya Tovuzdakı şəhidlər xiyabanını ziyarət edib. Özü futbolçulara şəhidlərimizdən, Qarabağ müharibəsindən söhbət açıb. Özünü azərbaycanlı kimi hiss etdiyini bildirən Kvaratsxeliya ermənilərin vəhşiliklərindən danışıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30