29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zalsburq”un müdafiəçisi: “Bizim mərhələni keçmək şansımız daha çoxdur”

“Zalsburq”un futbolçusu Andreas Ulmer Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları görüş barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı sol cinah müdafiəçisi Ağdam təmsilçisindən o cür oyun gözləmədiklərini qeyd edib: “Səfərə qələbə qazanmaq üçün yollanmışdıq. Ancaq qapımızdan buraxdığımız erkən qol planlarımı pozdu. Əvvəldən də “Qarabağ”ın texnikalı və sürətli futbolçulara malik olduğunu bilirdik. Amma bu qədərini gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Bizim mərhələni keçmək şansımız daha çoxdur”.

Xatırladaq ki, “Qarabağ” və “Zalsburq” arasındakı cavab görüşü avqustun 6-da Avtriyada keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31