19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Gürcüstanın xarici işlər naziri “Neftçi” - “Çixura” matçında baş verənləri təxribat adlandırıb

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlər var və bu münasibətlərə heç kim xələl gətirə bilməz. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” -“Çixura” matçı zamanı azarkeşlər arasında baş vermiş insidenti şərh edərkən deyib.

“Fikrimcə, bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və  Gürcüstanın “Çixura” komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena"da Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30