25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Əmrah Çəlikəl: “UEFA hakimin qırmızı vərəqə qərarını dəyişmir”

"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi

- "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la ilk oyununda qələbə qazandı.  Qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.

- Oyun həddindən artıq maraqlı keçdi. Gah sevindik, gah da hirsləndik. Bir azarkeş kimi də oyundan zövq aldım. Uzun illərdir ki, belə maraqlı matç izləməmişdim. Məncə, bütün azarkeşlər "Qarabağ"ın çıxışından razı qaldı.

- Hakim idarəçiliyi birmənalı qarşılanmadı. Siz bu haqda nə fikirdəsiniz?

- Mən futbol mütəxəssisi deyiləm. Hakimliklə bağlı çox danışa bilmərəm. Ancaq Reynaldonun qırmızı vərəqə aldığı epizoda təkrar baxdıqdan sonra məlum olur ki, hətta rəqib futbolçuya sarı vərəqə göstərilməli idi. Çünki Reynaldoya arxadan müdaxilə var idi. 

- Reynaldonun qırmızı vərəqəsinin ləğv olunması üçün "Qarabağ" sona qədər cəhd göstərəcək?

- Dünən UEFA-ya şikayət ərizəmizi göndərmişik. Bizim Türkiyədə vəkilimiz var. O, bu işdə bizə köməklik göstərir. Hər halda çalışırq.

- UEFA-nın hakimin qərarını dəyişəcəyi nə dərəcədə realdır?

- Mütəxəssilərlə müzakirə etdikdən sonra məlum oldu ki, Reynaldonun qırmızı vərəqəsi sarı ilə əvəzlənə bilər. Buna görə də UEFA-ya müraciət etdik. Ancaq UEFA hakimin qırmızı vərəqə qərarını dəyişmir. Müəyyən istisna hallar var. Bu kimi hallarda isə hakimin qərarının dəyişdirilməsi çox çətin məsələdir. Yəni hakimin verdiyi qərarın arxasında UEFA da dayanır. Buna baxmayaraq, müraciətimizi etdik.

- Reynaldo və Admir Telinin cavab qarşılaşmasında iştirak etməməsi "Qarabağ" üçün böyük itkidir. Komandanızı ağır səfər matçı gözləyir. "Qarabağ"ın mərhələ adlamaq şansını necə qiymətləndirirsiniz?

- İlk oyunla müqayisədə indi rəqibi daha yaxşı tanıyırıq. Mümkün olmayan heç nə yoxdur. Əlbəttə ki, səfərdə çox böyük təzyiq altında oynayacağıq. Ancaq uğurlu nəticə qazanacağımıza inanırıq. Azərbaycanımızı ən yaxşı şəkildə təmsil edəcəyik. İnamdan çox şey asılıdır. İlk növbədə özümüz inanmalıyıq ki, hər kəs də bizə inansın.

- "Qarabağ" mərhələni adlayacağı təqdirdə yeni hücumçu transfer oluna bilər?

- Klub rəhbərliyi hər zaman baş məşqçimizin istəyini yerinə yetirməyə hazırdır. Qurban müəllim istəsə, yox deyilməyəcək.

- "Qarabağ"ın cavab oyunu televiziya vasitəsi ilə Azərbaycanda canlı yayımlanacaq?

- Bu işlərlə komanda Avstriyaya yollandıqdan sonra məşğul olacağıq. Yəqin ki, canlı yayımla bağlı bir problem olmayacaq.


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30