16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Hədəf qaçırılanda...

“İnter” Avropa Liqasında mübarizəni dayandırdı. Bu dəfə də ikinci mərhələni adlaya bilmədik. Skandinaviya təmsilçisi “Elfsborq”a oyunsonrası penaltilərdə yenilən “İnter” tarixi şansını əldən verdi.

Komandamızın yenilməsinin obyektiv və subyektiv səbəblərini sadalamaq fikrim yoxdur. Azərbaycan azarkeşlərinin gözü qarşısında baş vermiş həmin dramatik və hakim səhvlərilə dolu oyun barədə müfəssəl danışmaq niyyətində də deyiləm. Bizi “sındırdılar” da demək istəmirəm. Halbuki belə bir mənfi təsirin olduğunu da danmaq olmaz. Demək istədiyim başqadır. Beynəlxalq səviyyədə keçirilən turnirdə “İnter”in tarixə özünəməxsus damğasını vurmaq şansı vardı. Bəli, daha çox addımlamaq və adını duyurmaq imkanı vardı komandamızın və belə bir şansımızı qaçırmağımız hamımızı üzdü.

Nə gizlədim, “İnter”ə aiddiyyatı olan hər bir kəs məyusdur. Sanki gələcəyimizi əlimizdən aldılar. İrəliləməli olduğumuz halda dayandırıldıq. Əllərimiz hədəfə uzanıq halda qaldı. Hədəfi qucaqlayıb evimizə gətirməyə çox yaxın olduğumuz halda stadionun ortasında sevincsiz buraxıldıq. Qısası həmin gecə hədəfimiz qaçırıldı…

Əlbəttə, “İnter”-“Elfsborq” matçını tezliklə unutmaq mümkün olmayacaq. Uzun müddət müzakirə olunacaq və müəyyən statistik paralellər aparılacaq. Amma bir mahnıda deyildiyi kimi, acı sonsuzadək sürməz. Qarşıdan növbəti mövsüm gəlir. “İnter” son uğursuzluğu unudaraq azarkeşlərini sevindirməyə köklənməlidir. Bizi bu dəfə də uzun və çətin bir yol gözləyir. Həmin yolu uğurla başa vurmağa çalışmalıyıq. Hansısa müvəffəqiyyətsizlik bizi növbəti uğurlardan uzaq salmamalıdır. Çünki istənilən uğursuzluq uğura səbəb olur, ancaq bunun üçün uğursuzluqdan bacarıqla istifadə etmək lazımdır. “İnter”in də növbəti uğurlara aparan çətin yolda bacarıqlarını yenidən nümayiş etdirəcəyinə inanıram. Unutmamalıyıq ki, hədəf qaçırılanda yenisinin doğulmasına mane olmaq mümkün deyil.

Səbuhi Məmmədov

“İnter” PİK-in mətbuat xidmətinin rəhbəri

P.S. Son rekonstruksiya işlərindən sonra “Şəfa” stadionunun mərkəzi arenasında oturacaqların sayı 5300-ə bərabər oldu. Oyunlar zamanı stadiona təşrif buyurmuş azarkeş sayı barədə məlumat verəndə bu faktı unutmamağı tövsiyə edirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30