24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Böyükağa Hacıyev: “Tbilisidəki oyunda kim 1 qol vuracaqsa...”

“Çixura” sırf qapalı futbol oynadı. Mən bizə qarşı açıq futbol oynayan komandaları alqışlayıram. Amma bu, rəqib baş məşqçinin seçdiyi taktikadır. Onlar elə bu taktika ilə “Bursaspor”u mübarizədən kənarlaşdırıblar. Rəqibə hörmətlə yanaşıram. Hər halda, cavab oyununa kimi gözləməli olacağıq”.  Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Çixura” ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis hesabdan razı olmadığını qeyd edib: “Hesab ürəyimizcə deyil. Tbilisidəki oyunda kim 1 qol vuracaqsa, o da mərhələ adlayacaq”.

B.Hacıyev qarşıdakı günlərdə yeni hücumçu transfer edəcəklərini istisna etməyib: “Nforun oyunundan özüm də narazıyam. Hücumçunun işi qol vurmaqdı. Əgər, hücumçu bu gün meydanı qolsuz tərk edirsə, deməli zəif oynayıb. Qarşıdakı günlərdə komandamıza yeni hücumçunun qoşulması mümkündür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30