19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Xaqani Məmmədov: “Anar Salmanovun yeni mövsümdən Premyer Liqaya qaytarılması mümkündü” (Müsahibə)

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Hakimlərin Polşada keçdiyi təlim-məşq toplanışı başa çatdı. İlk növbədə hazırlıq prosesi ilə bağlı ümumi fikirlərinizi öyrənmək istərdik?

- Təlim-məşq toplanışı çox yüksək səviyyədə keçdi. Əvvəldən planlaşdırdığımız bütün işləri gördük. Həm nəzəri, həm fiziki hazırlıqlar oldu. Hakimlərimiz lazımı qədər oyun idarə etdilər. Bundan başqa, ötən mövsümdə baş tutan oyunlarla bağlı hazırlanmış videobloqları birgə izləyib, mübahisəli epizodları təhlil etdik. Yenə deyirəm, hazırlıq prosesimiz çox yaxşı alındı. İnanıram ki, bunun faydasını çempionat oyunlarında görəcəyik.

- Yeni mövsümün startına elə də çox vaxt qalmayıb. Hakimlərimizi çempionata nə dərəcədə hazır saymaq olar?

- Tək bizdə yox, dünyanın heç bir yerində hakimlərin tam hazır olduğunu iddia etmək olmaz. Bu, futboldu. Xəstəlik deyil ki, həkim resept yaza və gedib, lazımı dərmanları alasan. Çünki futbolda bəzən gözlənilməz hallar olur. Götürək dünya çempionatında Suarezin epizodunu. Futbolda dişləməklə bağlı hansısa maddə yoxdu. Hakim neyləməlidi? Bu, futbola iad olmayan bir şeydi. Hakim həmin epizodu diqqətdən qaçırsa da, protokolda bunu qeyd elədi. Bizim əsas məqsədimiz odur ki, hakimlərimizdə qərəz olmasın. Məncə, heç bir hakimlə də bu baxımdan problem yaşamayacağıq. Gənc hakimlərimiz də var. Əlimizdən gələni edirik ki, Azərbaycan hakimliyi inkişaf etsin.

- Qarşıdakı mövsümdə Premyer Liqada yeni simalar görməyimiz mümkündürmü?

- Həmişə təlim-məşq toplanışa gedərkən özümüzlə birgə gənc hakimləri də aparırıq. Məqsədimiz onların təcrübə qazanmasıdır. Hansısa hakim təlim-məşq toplanışına gedirsə, bu o demək deyil ki həmin hakim mütləq Premyer Liqada da iş başında olacaq. Bəzi hakimləri xaricə aparmağımız onların təcrübə toplamasına hesablanıb. İstəyirik ki, həmin hakimlər ab-havaya öyrəşsinlər. Oyunlar idarə edib, daha təcrübəli hakimlərdən nəsə öyrənsinlər. Mövsümün əvvəlində də olmasa, çempionatında gedişində 2-3 yeni simanı ilk dəfə Premyer Liqada görəcəksiniz. Amma ümumilikdə yolumuza ötən mövsümün sonunda iş başında olan hakimlərlə davam edəcəyik.

- Həmin 2-3 gənc hakimin adını açıqlaya bilərsiniz?

- İndidən kiminsə adını açıqlamağım düzgün olmaz. Çünki bu, digər gənc hakimlərə psixoloji cəhətdən mənfi təsir göstərə bilər. Amma həmin hakimlərin adları bizim bloknotumuzda yer alır. Onlar mütəmadi olaraq I divizion və əvəzedicilərin çempionatında iş başında olurlar.

- Son günlərdə Anar Salmanovun yenidən Premyer Liqa oyunlarına təyinat alacağı barədə xəbərlər dolaşır. Bu, nə dərəcə doğrudur?

- İndidən bu haqda dəqiq bir söz deyə bilmərəm. Qarşıdakı günlərdə komitənin iclası olacaq və həmin iclasda bu da daxil olmaqla bir neçə məsələ müzakirə olunacaq.

- Yəni, həmin iclasda Salmanovun lehinə qərar çıxarılsa, onu yenidən Premyer Liqada görəcəyik?

- Bəli.

- Həmin toplantı nə vaxt olacaq?

- Bu günlərdə qrafikimiz çox sıxdır. Yəqin ki, gələn həftənin əvvəlində.

- Bir müddət əvvəl Azərbaycan Premyer Liqasında da spreydən istifadə olunacağı deyilirdi...

- Biz bu haqda düşünürük. Hazırda da elə bu işlə məşğuluq. Sprey çox gözəl ideyadır və bu, dünya çempionatında özünü lazımı səviyyədə təsdiqlədi. Biz də Premyer Liqada spreydən istifadə etmək fikrindəyik. Hazırda lazımı şirkətlərlə danışıqlar aparırıq, yazışırıq. Bu, bir gün ərzində həll olunası məsələ deyil. Starta kimi də çatdırmasaq da, çempionatın gedişində bizim hakimlərimiz mütləq spreydən istifadə edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30