25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Reynaldo: “Vacib qələbə qazandıq”

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Avstriyanın "Zalsburq" klubunu 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın futbolçusu Reynaldo matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 


- Oyun haqda nə deyə bilərsən?

- Bizim üçün ağır oyun oldu. Əsasən müdafiədən oynamalı olduq. Əks-hücumlara bel bağlayırdıq. Sevinirəm ki, belə güclü komandaya iki qol vura bildik və vacib qələbə qazandıq.

- Hücumda tək oynayırdın. Bu, çətin deyildi?

- Heç bir hücumçuya tək oynamaq asan olmaz. Üstəlik də bu cür komandaya qarşı. Ancaq ümumilikdə komandamız yaxşı oynadı. Baş məşqçimizin verdiyi tapşırıqların öhdəsindən gəldik. 

- Qırmızı vərəqə aldığın epizod haqda nə deyə bilərsən?

- Əvvəlcə həmin epizodun videosuna baxmalıyam. İndi bu barədə bir şey deyə bilmərəm. Hakimin qərarının düzgün və ya səhv olmasını da bilmirəm. Əlbəttə ki, çox təəssüflənirəm ki, növbəti oyunda komandama kömək edə bilməyəcəm. 

- “Qarabağ” Reynaldosuz “Zalsburq” səddini keçə bilər?

- Məni əvəzləyə biləcək futbolçularımız var. Mənim oynayıb-oynamayacağımdan asılı olmayaraq mərhələni keçməliyik. Bizim hazırlaşmaq üçün qarşıda bir həftə vaxtımız var. Məncə, bu vaxt ərzində yaxşı hazırlaşsaq, “Zalsburq”u keçə bilərik. 

- Düşünürsən ki, sənin və Admir Telinin yoxluğu komandaya çətinlik yaratmayacaq?

- “Qarabağ” fərdi oyunçulardan asılı komanda deyil. Bizim uğurumuz kollektiv oyunumuzun nəticəsində olur. Əvvəlki qarşılaşmalarda da gördük ki, hər birimizi əvəzləyəcək futbolçumuz var.


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30