29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zalsburq”un baş məşqçisi: “Reynaldo bizi bədxərcliliyimizə görə cəzalandırdı”

Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib: "Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar xarakter nümayiş etdirdilər. İkinci hissədə bizim bir neçə təhlükəli qol vəziyyətlərimiz oldu. Amma biz bir qoldan artığını vura bilmədik. Reynaldo isə bizi bədxərcliliyimizə görə cəzalandırdı. Bizim hədəfimiz dəyişməz olaraq qalır - ÇL-in qrup mərhələsinə düşmək istəyirik. Birinci hissədəki oyunumuzdan narazı qaldım. İkinci yarıda isə daha yaxşı oynadıq”.

Hütter hakimlik barədə sualı belə cavablandırıb: “Hakimlik? Bu haqda danışmaq istəmirəm. Reynaldonun qırmızı vərəqəsi? Əlbəttə, onun cavab görüşündə yoxluğu bizim üçün üstünlük olacaq. Amma bizdə də itkilər var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31