28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” Azərbaycan futbolunda ilkə imza atdı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” öz meydanında “Zalsburq”u 2:1 hesabı ilə məğlub etdi. Futbolxeber.az-ın məlumatına görə, bu nəticəylə “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Ağdam klubuna qədər yalnız “Bakı” və “Neftçi” qitənin ən mötəbər klub turnirində III mərhələyə yüksəlməyi bacarsalar da, hər iki bu turda qalibiyyət əldə edə bilməyib.

İlk dəfə olaraq təmsilçilərimizdən “Bakı” 2009-2010 mövsümündə ÇL-in III təsnifat mərhələsinə yüksəlib. “Zolaqlılar” Bolqarıstan çempionu “Levski”ylə ilk görüşdə Bakıda qolsuz bərabərliyə razılaşıb, səfərdə isə rəqibinə 0:2 hesabı ilə uduzub. 2012-2013 mövsümündə isə ÇL-in III təsnifat mərhələsində “Neftçi” Kiryat Şimona “Hapoel”ı ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 0:4 hesabı ilə uduzan “Neftçi”, cavab oyununda 2:2-lik bərabərliyə razılaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31