19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samson Pruidze: “İnanmıram ki, “Neftçi” psixoloji cəhətdən bu qədər zəif olsun”

“İtiriləsi heç nəyimiz yoxdur.Nə olacaqsa, o da olacaq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri sabah Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq Gürcüstanın “Çixura” klubunun baş məşqçisi Samson Pruidze deyib.

Gürcü mütəxəssis komandasının üzvü Rexviaşvilinin “Bakıda 2:0 hesabı ilə qalib gələcəyik” açıqlamasına belə münasibət bildirib: “Bu sözləri deyibsə, yəqin komandaya inanır. Amma mən eyni sözləri deyə bilmərəm. Rexviaşvilinin bu açıqlaması “Neftçi”yə psixoloji zərbə ola bilməz. İnanmıram ki, “Neftçi” psixoloji cəhətdən bu qədər zəif olsun”.

Pruidze sabahkı görüşdə heç-heçənin komandasına sərf etdiyini bildirib: “Yoxlama oyunlarında 2 dəfə “Neftçi” ilə qarşılaşdıq. Amma yoxlama oyunları ilə rəsmi görüşlər tam fərqli olur. Sırf nəticəyə gəldikdə, bəli, sabah heç-heçə bizi qane edəcək”.

O, Azərbaycanda çalışan gürcü məşqçilərdən “Neftçi” barədə məlumat toplamadığını qeyd edib: “Nə Tsxadadzeyə, nə də Çixradzeyə müraciət etmişəm. Çünki “Neftçi” haqda lazım olan bütün məlumatlara onsuz da sahibəm. “Neftçi”nin “Koper”lə görüşlərinə də baxmışam”.

“Çixura”nın çalışdırıcısı komandasının müdafiə futbolu oynamasını normal qəbul edir: “Dünya çempionatında da bəzən Almaniya, Argentina kimi komandalar müdafiədən oynayırdılar. Bilirsiz, çempionat uzun marafondu. Amma avrokubok oyunu 2 matçdan ibarətdir. Ona görə də bu görüşlərdə əsas olan nəticədir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30