25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ruslan Əmircanov: “Baş məşqçi intizama hədsiz önəm verir”

"Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündür. "Qəbələ" Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı. 90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin üzvü Ruslan Əmircanov deyib.

Klubun rəsmi saytına danışan Əmircanov komandada nizam-intizamın yüksək səviyyədə olduğunu qeyd edib: “Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, meydançadan kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük.

Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. "İnter"lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30