28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL kolumbiyalı hücumçunu transfer etdi

AZAL heyəti gücləndirməkdə davam edir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən “təyyarəçilər” daha bir keçidi rəsmiləşdirib. Bu dəfə kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə müqavilə imzalanıb. “Koru Otel”də baş tutan mərasimdə Kordoba 2 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, buna qədər Con yalnız Cənubi Amerikada top qovub. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.

Xatırladaq ki, o, AZAL-ın yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı sayca 9-cu futbolçu oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31