25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi iddialı danışdı

"İlk oyunda qol vurmaq sevindirici haldır. Nəzərə almaq lazımdır ki, 2 gündür komanda ilə məşqlərə başlamışam. Hələ tam fiziki formamı yığmamışam. Çempionatın startına kimi hazır duruma gəlmək üçün maksimum səy göstərəcəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Yazalde Pinto Hollandiya toplanışı çərçivəsində baş tutan "Qəbələ" - “Konyaspor" (2:0) matçının ardından söyləyib. Qarşılaşmaya sonradan daxil olan və ikinci qola imza atan portuqaliyalı hücumçu komanda yoldaşları ilə yaxşı anlaşdığını söyləyib. O, ölkə çempionatında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə inandığını deyib: "Komandam ilə ilk oyuna çıxmağıma baxmayaraq, futbolçu yoldaşlarımla yaxşı anlaşdıq. Bir neçə qol epizodu yarada bildik. Bizi qarşıda uzun və ciddi marafon gözləyir. Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram. Komandanın irəli getməsi üçün qol vurmalıyam. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, məndən gözlənilənləri ortaya qoya biləcəyəm".

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30