20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Admir Teli: “Biz bütün Azərbaycan üçün oynayacağıq”

“İlk oyunda yaxşı nəticə əldə etdik. Amma bu hələ son deyil”. Futbolxeber.az Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın futbolçusu Admir Teli deyib.

Albaniyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin Malta “Valletta”sı ilə sabah keçiriləcək cavab oyunu ərəfəsində baş tutan mətbuat konfransında çıxış edib. Teli matç haqda fikirlərini bildirib: “Biz bütün Azərbaycan üçün oynayacağıq. Çünki “Qarabağ” indi tək Qarabağı yox, bütün ölkəni təmsil edir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İlk matçda topa sahib olmağa çalışdıq. Müəyyən çatışmazlıqlarımız oldu. Bu da ilk görüşümüz idi deyə bundan irəli gəlir. Cavab matçında hər şey qaydasında olacaq. Maksim Medvedev və kapitanımız Rəşad Sadıqovun olmaması itkidir. Amma bu itkiləri sabah hiss etdirməməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30