29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qurban Qurbanov: “Zalsburq” məni qətiyyən maraqlandırmır”

“Qarabağ” klubunun baş məşaçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə cavab oyunuöncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib artıq bizə tanışdır. İlk oyunda sonra hansı çatışmazlıqlarımız olduğunu gördük. Çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur. Əvvəldən qeyd etmişdim ki, hansısa səhvlərimiz ola bilər. Yaxşı nəticə ilə səfərdən dönmüşük. Ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları var. Bunu hər bir oyunçumuz başa düşür.

- “Zalsburq”dan olan nümayəndələr bu oyunu izləyəcək. Ola bilərmi “Qarabağ” tam gücünü ortaya qoymasın, hansısa eksperment etsin?

- Məni qətiyyən “Zalsburq” maraqlandırmır. Hansısa eksperment aparmağın vaxtı deyil. Bu çox riskli ola bilər. İlk növbədə “Valletta” səddini keçməliyik

- Zədəli futbolçuların durumu necədir?

- Maksim Medvedyev  sabahkı oyunda olmayacaq. Rəşad Sadıqov həkim nəzarəti altındadır. O da sabah komandaya kömək edə bilməycək. Yəqin ki, növbəti həftə hər ikisi hazır olacaq

- “Valletta”nın oyununu  təhlil edə bilmədiyinizi demişdiniz. Buna nə səbəb oldu?

- Rəqibin heyətində xeyli dəyişikliklər baş verib.  Son yoldaşlıq oyunlarını izləmişdik. Həmin heyətlə indiki arasında böyük fərqlər var.

- Oyun niyə bu qədər gec başlayacaq?

- Orucluq ayını nəzərə almışıq. Azarkeşlərimizi də düşünürük. Onlar iftar süfrəsinə çatmalıdır.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31