28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dorinel Muntyanu: "İnter" güclü komandadır”

“Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu hazırda Hollandiyada təlim-məşq toplanışını davam etdirən komandanın hazırlıq durumu, məşqlərin gedişi və digər məsələlər barədə gabalafc.az-a açıqlama verib. Futbolxeber.az rumıniyalı mütəxəssisin fikirlərini təqdim edir: “Hazırlığımız plana uyğun olaraq davam edir. Komanda səylə, əzmlə çalışır. Futbolçuların çalışqanlığından razıyam. Bu gün futbolçular laktat testdən keçirildi. İki gün ərzində bu testin cavablarını alacağıq. Bundan sonra komandanın fiziki durumunun hansı səviyyədə olduğu bizim üçün tam aydın olacaq. Hazırda komandanın komplektləşməsi üzərində çalışırıq. Heyətdə yeni futbolçular var. Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda bizə qoşulması gözlənilir. Məqsədimiz komandanı çempionatın startınadək maksimum yaxşı duruma gətirməkdir".

Baş məşqçi Azərbaycan Premyer Liqasının ilk həftəsində "Qəbələ"nin üz-üzə gələcəyi rəqib - "İnter" barədə düşüncələrini də söyləyib: "Rəqibimiz qısa müddətdir ki, müəyyənləşib. Yəni püşkatmanın üzərindən bir gün keçib. "İnter" güclü komandadır. Hazırda rəqibimizin araşdırılması istaqamətində işlər görürük. Məşqçi heyəti ilə "İnter"i ətraflı şəkildə analiz edəcəyik. Onların güclü və zəif tərəflərini araşdıracağıq. Çempionata yaxşı, uğurlu nəticə ilə başlamaq istəyirik. İşlərimizi də bu istiqamətdə qururuq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31