28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zalsburq"u yaxından tanıyaq

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi - Avstriyanın "Zalsburq" klubunu yaxından tanıyaq.
 
Qol.Az-ın məlumatına görə, klub 13 sentyabr, 1933-cü ildə Zalsburq şəhərinin iki klubu - "Herta" və "Rapid" komandalarının birləşməsi nəticəsində yaranıb.
 
Komanda 2005-ci ilə qədər "Avstriya Zalsburq" adı altında çıxış edib. Lakin "Red Bull" şirkəti tərəfindən səhmləri alınan klub 2005-ci ildən "Red Bull Zalsburq" adlandırılıb. Üstəlik komandanın ənənəvi bənövşəyi rəngi "qırmızı-ağ" rəngə dəyişdirilib. 
 
UEFA qaydalarına əsasən klub əməkdaşlıq etdiyi şirkətin adı altında beynəlxalq arenada çıxış edə bilməz. Məhz bu səbəbdən komanda avrokuboklarda "Red Bull Zalsburq" deyil, "Zalsburq" adı ilə çıxış edir. Buna Azərbaycanın AZAL klubunu da misal göstərmək olar. Aviaşirkəti təmsil edən AZAL klubu avrokuboklarda "Olimpik Şüvəlan" adı altında oynayır.  
 
Ev oyunlarını 31 min tamaşaçı tutumuna malik "Red Bull Arena"da keçirən "Zalsburq" klubunu Adi Hütter çalışdırır. Klub prezidenti isə Georgios Esplandatkoulosdur.
 
1953-cü ildə ilk dəfə Avstriya yüksək liqasında oynayan "Zalsburq" klubu mövsümü 9-cu pillədə başa vurub. Komanda ilk ölkə çempionluğunu 1993/1994 mövsümündə yaşayıb. Ümumilikdə 8 dəfə Avstriya çempionu olan (1993–94, 1994–95, 1996–97, 2006–07, 2008–09, 2009–10, 2011–12, 2013–14) "Zalsburq" iki dəfə də ölkə (2012, 2014) kubokuna sahib çıxıb.
 
Üç dəfə (1994, 1995, 1997) Avstriya superkubokunu qazanan komandanın Avropada böyük təcrübəsi var. 1993/1994 mövsümündə UEFA kubokunun finalına yüksələn "Zalsburq" həlledici görüşdə "İnter" (İtaliya) klubuna məğlub olub. Bununla yanaşı, komanda tarixi ərzində bir dəfə Çempionlar Liqası, 4 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Ötən mövsüm Avroliqanın qrup mərhələsində "Elfsborq" (İsveç), "Esbyerq" (Danimarka) və "Standart" (Belçika) klubları ilə mübarizə aparan Avstriya təmsilçisi maksimum nəticə göstərib. Qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran "Zalsburq" 1/16 finalda Hollandiyanın "Ayaks" klubunu da üstələyib (3:1, 3:0). Lakin 1/8 finalda "Bazel" (İsveçrə) klubuna məğlub olan komanda Avroliqada mübarizəni dayandırıb.
 
Son Avstriya çempionu "Zalsburq" klubu yeni mövsümdən ölkəsini Çempionlar Liqasında təmsil edəcək. ÇL-in III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq komandanın rəqibi "Qarabağ" - "Valletta" cütünün qalibi olacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31