29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

UEFA-nın rəsmi saytı: “İnter” gecənin şokunun müəllifi oldu

Bakının “İnter” klubunun qələbəsi UEFA-nın diqqətindən yayınmayıb. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə,  “Elfsborq”la qarşılaşan “bankirlər”in İsveçdəki qələbəsinə qitə futbol qurumunun rəsmi saytı da xüsusi yer verib.
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan 40 oyunla bağlı yazı dərc edən UEFA başlıqda məhz “İnter”in adını çəkib. 1:0 hesabı ilə qalib gələn bakılıların zəfəri İrlandiya “Sliqo” su, Qazaxıstan “Astana”sının qəhrəmanlıqları kimi günün 3 ən böyük sensasiyası kimi dəyərləndirilib: “Sliqo” və “İnter” gecənin şokunun müəllifi oldu. Onların hər ikisi Skandinaviyada qalib gəlməyi bacarıb. Bu iki komanda, həmçinin “Astana” II təsnifat mərhələsinin ilk oyunlarının əsas qəhrəmanları kimi fərqlənib. Ötən mövsüm qrup mərhələsində çıxış edən “Elfsborq”un doğma meydanda qələbə qazanacağı gözlənilirdi. Lakin “İnter” əzmkarlıq göstərərək sensasiyalı nəticəyə imza atıb və səfərdə Slavço Georgiyevskinin vurduğu yeganə qolla qələbə qazanıb”.
 
Qeyd edək ki, “Astana” Təl-Əviv “Hapoel”ini (İsrail) 3:0, “Sliqo” səfərdə “Rusenborq”u (Norveç) 2:1 hesabı ilə məğlub edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31