29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Georgiyevski: “Cavab oyununda da qalib gəlmək lazımdı”

"Biz bütün Azərbaycan xalqını sevindirmək istəyirdik. Bu qələbə azarkeşlərimizə çox lazım idi. Çünki hər bir qələbə ölkənin reytinqinə də müsbət təsir göstərir. Cavab oyununda da qalib gəlmək lazımdı". Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Elfsborq”la oyundan sonra “İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski deyib.

Oyundakı yeganə qolun müəllifi olan makedoniyalı futbolçu daha çox şanslarının olduğunu da gizlətməyib: "Çox təəssüf ki, ələ düşən fürsətlərin yalnız birindən yararlana bildik. Elə təkcə mənim daha bir qol vurmaq şansım oldu, amma alınmadı. Qol vurduğum ana gəlincə, mən sadəcə, dəqiq və güclü zərbə vurmağa çalışdım. Şadam ki, alındı. Cavab görüşündə mümkün qədər çox azarkeş görmək istəyirəm. O zaman biz meydanda 11 yox, 25 nəfərlə mübarizə aparmış olacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31