19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qurban Qurbanov: “Sürprizlə üzləşməmək üçün cavab oyununa ciddi hazırlaşmaq lazımdı”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı ilk oyundan iki gün ötür. Bu görüşlə bağlı nə deyə bilərsiz?
- Pis nəticə qazanmadıq. Mövsümün ilk rəsmi oyunu idi. Komanda hələ tam hazır deyil. İlk oyunlar həmişə çətin olur. Səfərdə oynasaq ki, uşaqlar oyunu düzgün qurdular. Rəqib təhlükəli komanda idi. Yüksək səviyyəli oyunçuları var. İstənilən vaxt qapımıza yol tapa bilərdilər. Amma biz də daha çox qol vura bilərdik.

- Cavab oyununda belə imkan daha çox ola bilər...
- "Valletta" əks-hücumlarda təhlükəlidi. Sürprizlə üzləşməmək üçün cavab oyununa ciddi hazırlaşmaq lazımdı. Bütövlükdə, komandanın oyunundan razıyam. Amma daha da artırmalıyıq.

- Sizə elə gəlmir ki, bu komandanı həddən artıq şişirdirsiz? Onlar xüsusi nəiləsə yadda qalmadılar...
- Ola bilər ki, kənardan elə görünürdülər. Mən isə onların oyun sxeminə baxıram. Kollektiv müdafiə olunurlar, müdafiədə boşluqlar buraxmırlar. Səfərdə qazandığımız bu qələbə bizi aldatmamalıdı. Rəqib kənardan göründüyü qədər zəif deyil.

- Belə təəssürat var ki, "Qarabağ" ilk oyunda 5 cavabsız qolla qalib gəlsəydi də, siz belə ehtiyatlı danışacaqdız...
- Hesab elə olsaydı, yəqin ki, fərqli danışardım. Amma reallıq məni indi daha diqqətli olmağa məcbur edir.

- Yarımmüdafiə və hücum xətti çox inamsız çıxış etdi. Reynaldo, Almeyda kimi texnialı futbolçular tez-tez top itirirdi. Bu, nə ilə bağlıydı?
- Buna baxmayaraq, biz kifayət qədər qol epizodları yaradırdıq. Sadəcə, onlardan yararlana bilmədik. Digər tərəfdən, mövsümün ilk oyunları həmişə uğurlu alınmır. Mən futbolçulardan texniki səhvlər gözləyirdim. Cavab matçında ilk oyunda buraxdığımız səhvləri aradan qaldırmalıyıq.

- Maksim Medvedev bu oyunda niyə oynamırdı?
- Oyundan iki gün öncə o, məşq zamanı əzələsini dartmışdı. Buna görə də onu əvəzləməli olduq. Amma zədəsi ciddi deyil.

- Onu, Rəşad Sadıqovu cavab matçında görə biləcəyik?
- Rəşad artıq komanda ilə birgə hazırlaşır. Fikrimcə, o, tezliklə tam hazır olacaq. Mümkündü ki, bir neçə dəqiqə meydanda olsun. Maksimə gəlincə, həkimlərin rəyini nəzərə alacağıq.


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30