19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Böyükağa Hacıyev: “Koper” Azərbaycan klublarına düşən rəqiblər arasında ən güclüsüdür”

Sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Sloveniyanın “Koper” klubunu qəbul edəcək “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə oyun haqda fikirlərini açıqlayıb: “Sabah çox ağır oyunumuz var. Rəqib yaxşı komandadır. Neçə gündür rəqibin oyununu analiz edirik. Bildiyiniz kimi, 2 təlim-məşq prosesində iştirak etmişik. Komandanı sabahkı oyuna yüksək səviyyədə hazırlamağa səy göstərmişik. Rəqibə hörmət edirik. Ötənilki səhvimizi təkrarlamaq istəmirik. “Koper” əzmkar komandadır. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar. “Koper”in ən vacib qol silahı standart vəziyyətlərdi. Bura künc və cərimə zərbələri daxildir. İlk mərhələdə 9 qol vurmaları hər şeyi deyir. Rəqibdən qorxmuruq. Çalışacağıq hər kəsə “Neftçi”nin stabil komanda olduğunu göstərməliyik. Əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışacaq”.

B.Hacıyev artıq komandasında “vuran ayaq” probleminin həll olunduğunu qeyd edib: “Vobay artıq komandamıza qayıdıb. Sabah onu yeni mövqedə görəcəksiz. Bu, onun üçün yox, bizim üçün yenilikdir. Çalışacağıq meydanda fərqli “Neftçi” görəsiz. İrəlidə həm Vobay, həm də Nfor oynayır. Hər ikisi də yetərincə fərqlənir. İstər Vobay, istər Samir, istər Mirhüseyn irəliyə lazımı qədər dəstək versələr, hər şey yaxşı olacaq. Bu gün elə problemimiz yoxdur. Nfor ötən il zədəli idi. Bu gün isə yalnız Denis Silva zədəlidir. Komandada hər şey yaxşıdır. Azərbaycan klubları arasında ən güclü “Koper”di. “İnter” və “Qəbələ”nin rəqibləri ilə tanış olduq. Dünən “Qarabağ”ın da rəqibini gördük. Amma bizi heç nə qorxutmur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30