25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Valletta”nın baş məşqçisi: “Qarabağ”ın heyətində 3 braziliyalı yarımmüdafiəçini qeyd edə bilərəm”

“Valletta”nın baş məşqçisi Gilbert Agius Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyuna barədə danışıb. Futbolxeber.az-ın məlaumatına görə, maltalı mütəxəssis “Qarabağ”ın heyətində 3 futbolçunu fərqləndirib: “Əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam etdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar edəcəkdik. Beləliklə də hesabı bərabərləşdirə bilərdik. Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdır ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadır. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30