25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın avrokuboklarda 9-cu, Azərbaycan klublarının 18-ci səfər qələbəsi ARAŞDIRMA

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Valletta” üzərində 1:0 hesablı qələbə qazandı. Futbolxeber.az-ın araşdırmasına görə, bu, Azərbaycan klublarının avrokuboklarda sayca 18-ci səfər qələbəsidir. Təmsilçilərimiz 18 qələbəni 97 oyunda əldə ediblər. “Qarabağ” isə səfərdə oynadığı 22-ci oyunda 9-cu qələbəsini qazanıb.

18 səfər qələbəsinin yarısı Ağdam klubunun payına düşür. Digər 9 səfər qələbəsi isə “Neftçi” (2), “Karvan”, “İnter” (4), “Bakı” və “Xəzər Lənkəran”ın payına düşür.

“Qarabağ”ın qələbəsi Azərbaycan klublarının Çempionlar Liqasındakı sayca ikinci qələbəsidir. İlk belə qələbəni 9 il əvvəl “Neftçi” qazanıb.

“Qarabağ” 5-ci dəfə səfərdə 1:0 hesablı qələbəyə sevinib. Minimal hesablı digər qələbə “Karvan”ın aktivindədir.

Azərbaycan kuboklarının avrokuboklardakı bütün səfər qələbələrini təqdim edirik:  

1996/97 - Kuboklar kuboku - MYüPA (Finlandiya) -  “Qarabağ“ 0:1

1999/00 - İntertoto kuboku - “Makkabi” (Hayfa, İsrail) - “Qarabağ” 1:2

2005/06 - Çempionlar Liqası - “Hafnafyordur” (İslandiya) - “Neftçi” 1:2

2006/07 - UEFA Kuboku - “Spartak” (Trnava, Slovakiya) - “Karvan” 0:1

2009/10 - Avroliqa - “Honka” (Finlandiya) - “Qarabağ” 0:1

2010/11 - Avroliqa - “Portdaun” (Şimali İrlandiya) - “Qarabağ” 1:2

2010/11 - Çempionlar Liqası - “Lex” (Polşa) - “İnter” 0:1

2010/11 - Avroliqa - “Buduçnost” (Çernoqoriya) - “Bakı” -1:2

2010/11 - Avroliqa - “Visla” (Polşa) - “Qarabağ” 0:1

2011/12 - Avroliqa - “Banqa” (Litva) - “Qarabağ” 0:4

2012/13 - Avroliqa - “Trans Narva” (Estoniya) - “İnter” 0:5

2012/13 - Avroliqa - “Nomme Kalyu” (Estoniya) - “Xəzər Lənkəran” 0:2

2012/13 - Avroliqa - APOEL (Kipr) - “Neftçi” 1:3

2013/14 - Avroliqa - “Metallurq” (Makedoniya) - “Qarabağ” 0:1

2013/14 - Avroliqa - “Mariehamn” (Finlandiya)- “İnter” 0:2

2013/14 - Avroliqa - “Gefle” (İsveç) - “Qarabağ” 0:2

2014/15 - Avroliqa - “Tiraspol” (Finlandiya) - “İnter” 2:3

2014/15 - Çempionlar Liqası - “Valletta” (Malta) - “Qarabağ” 0:1

QEYD: 2004/2005 mövsümündə İntertoto kubokunda UEFA-nın qərarına əsasən “Xəzər Universiteti”nə Avstriyanın “Kazino Şvarts” klubu üzərində texniki qələbə verilib. Həmin texniki qələbə yuxarıdakı siyahıda nəzərə alınmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30