25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Mircavadov: "Qarabağ" "Valletta"dan hərtərəfli güclüdür"

"Bugünkü rəqib "Qarabağ" üçün münasibdir. Düzdür, "Valletta" arıdıcıl bir neçə ildir ki, avrokuboklarda mübarizə aparır. Ancaq bir çox amilləri nəzərə alanda "Qarabağ"a üstünlük verirəm".
 
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Maltanın "Valletta" klubu ilə qarşılaşacağı oyun haqda danışarkən deyib.
 
Təcrübəli mütəxəssis sabiq komandasının mərhələni keçəcəyinə inandığını bildirib: "Qarabağ" sakit şəkildə, öz ənənəsinə uyğun oynamalıdır. Komandamız özündə top saxlamağı bacarır. Səfərdə də bu taktika ilə oynamaq lazımdır. "Qarabağ" mütləq bu mərhələni keçməlidir. Mən buna inanıram. Ola bilər ki, bu gün "Qarabağ"ın oyunu alınmasın və qalib gələ bilməsin. Ancaq mərhələni keçəcəklərinə inanıram. Çünki "Qarabağ"ın səviyyəli futbolçuları və düzgün oyun taktikası var. "Valletta"nı da zəif saymıram. Avropada zəif komanda yoxdur. Amma "Qarabağ" "Valletta"dan hərtərəfli güclüdür".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30