29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Valletta”nın baş məşqçisi: “Qarabağ”ın həm nəticələri, həm də oyunu bizdən üstündü”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Malta çempionu “Valletta”nın baş məşqçisi Gilbert Agius qarşıdakı oyun barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, maltalı mütəxəssis rəqibdən ehtiyatlandığını etiraf edib: “Əsas məqsədimiz evdə sərfəli nəticə qazanmaqdı. Ən azından Bakıya növbəti mərhələ şanslarımızı saxlayaraq getməliyik. Oyuna çox yaxşı hazırlaşmışıq. Düzdü, rəqibin heyətində daha güclü və keyfiyyətli futbolçular var. Amma öz oyunumuzu oynamağa çalışmalıyıq. İki komanda arasındakı fərq açıq-aşkardı. “Qarabağ”ın həm nəticələri, həm də oyunu bizdən üstündü. Rəqibin Avropa təcrübəsi var. Son mövsümdə Avroliqa pley-offa qədər gedib. Həmçinin, özünəməxsus oyun tərzi var. Olduqca sürətli hücumlar təşkil edir. Cinah müdafiəçiləri həm irəlidə, həm də arxa xətdə komandaya kömək edir. Ən böyük üstünlükləri isə topu özlərində çox saxlamaqlarındadır. Yarımmüdafiə xəttində isə mükəmməl 4 braziliyalı futbolçuları var. Etiraf edim ki, daha çox əks-hücumlara bel bağlayacağıq. Asan təslim olmaq fikrində deyilik. Futbolçularımı psixoloji cəhətdən də yaxşı hazırlamışam. Onların bunun qarşılığını verəcəyinə inanıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31