29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əfran İsmayılov: “Transfer vərəqəm vaxtında verilsəydi, superliqada oynayardım”

Xəzər Lənkəran” klubunun yeni transferi Əfran İsmayılovun müsahibəsi

- Türkiyə superliqasından təklif aldığını bildirmişdin. Necə oldu ki, “Xəzər Lənkəran”a keçdin?
- Sözün düzü, fikrim Türkiyə klubuna keçmək idi. Ancaq “Bakı” transfer vərəqəmi bir ay gec verdi. Təklif aldığım klub məni çox gözlədi, axırda gördülər ki, məsələ çox uzandı. Buna görə də transferim alınmadı. Superliqa klubu heç vaxt əlində transfer vərəqəsi olmayan futbolçu ilə müqavilə imzalamır. Birinci liqa klubu olsaydı, alınardı. “Bak”ı transfer vərəqəmi verəndə artıq gec idi. Qərara gəldim ki, “Xəzər Lənkəran”ın təklifini dəyərləndirim. Beləliklə, “Xəzər Lənkəran”la iki illik müqavilə imzaladım.
- Yəni transfer vərəqənin ləngidiyi üçün “Xəzər Lənkəran”ı seçdin? 
- Bəli, transfer vərəqəm vaxtında verilsəydi, bu gün superliqa klubunda olardım. 
- Hansı superliqa klubundan təklif almışdın?
- Məncə, həmin klubun adını çəkməyin artıq mənası yoxdur. Hər şey keçmişdə qaldı. Bütün danışıqları menecerlər aparırdı. “Bakı”dan ayırla bilmədiyim üçün danışıqlar üçün Türkiyəyə getmədim. 
- Türkiyə I liqasında oynamaq istəmədiyini demişdin. Bu günlərdə bir neçə futbolçumuz I liqa klbu ilə müqavilə imzaladı.
- Əslində I liqanın səviyyəsi də yaxşıdır. Maliyyə məsələsi də əlverişlidir. Ancaq mən şəxsi fikrimi bildirdim ki,  Türkiyə I liqasında oynamaram. 
- Vaqif Cavadov  və Mahir Şükürovun I liqa klubuna keçməsinə münasibətin necədir?
- Həmin futbolçulara uğurlar arzuluya bilərəm. Qərarlarına hörmətlə yanaşıram. Türkiyə I liqasından digər klublara keçmək də rahatdır. Hər kəsin öz şəxsi fikri və planı var. 
- Yeni klubun haqda hansı fikirdəsən?
- “Xəzər Lənkəran” daima çempionluğa oynayan komandadır. Son vaxtlar düçar olduqları uğursuzluq isə hər bir komandanın başına gələ bilər. Mən bunu tez-tez baş məşqçi dəyişikliyi ilə əlaqələndirirəm. Son bir ildə “Xəzər Lənkəran”da həddindər artıq məşqçi dəyişikliyi oldu. Ona görə də komandanın zəif çıxışları başadüşüləndir.  Çalışacağıq ki, yeni mövsümdə “Xəzər Lənkəran” əvvəlki gücünü göstərsin. Ən azından medalçılar sırasına düşməliyik.
- “Xəzər Lənkəran”la hansı nailiyyətlər qazanacağına ümid edirsən?
- “Xəzər Lənkəran” çox şeyə qadirdir, həm çempionluğa, həm də kuboku qazanmağa layiqdir. Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Komandaya yaxşı futbolçular cəlb olunub. Çempionat başlamadığı üçün indidən nəsə demək tezdir. Ancaq bilirəm ki, “Xəzər Lənkəran”la böyük nailiyyətlər əldə etmək mümkündür.
Komandanın düşərgəsinə nə vaxt qoşulacaqsan?
- Kiçik viza problemi var. Yaxın iki gün ərzində həll olunacaq. Mən də yeni komandama yez qoşulmaq istəyirəm. Ən uzağı üç günə “Xəzər Lənkəran”la məşqlərə çıxa bilərəm.  


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31