29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Elsborq” - “İnter” matçı canlı yayımlanacaqmı?

İyulun 17-də Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “İnter” səfərdə İsveçin “Elfsborq” klubuna qarşı keçirəcəyi matç böyük ehtimalla, televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Bu haqda Futbolxeber.az saytına “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib: “Ötən həftənin cümə günü səhər saatlarında “Elfsborq”a məktub ünvanladıq. Onlara barter təklif etdik və bildirdik ki, heç bir pul ödəmədən hər iki oyun televiziya vasitəsi ilə canlı yayımlansın. Biz onlara, onlar da bizə yayım hüququnu versinlər. Amma hələ ki qarşı tərəfdən heç bir cavab almamışıq. Daha əvvəl səfərdə keçirdiyimiz matçın canlı yayımlanması üçün bizdən böyük vəsait tələb edilib. İsveçlilərin biganəliyindən belə başa düşmək olar ki səfər matçımız televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Bu səbəbdən də matçı heç olmasa internet vasitəsi ilə yayımlamağa cəhd edirik. Moldovadakı oyunu məhz bu şəkildə azarkeşlərə təqdim etmişdik və xeyli baxış olmuşdu. Amma “Elfsborq” tərəfi heç internetlə bağlı da suallımıza cavab verməyib. Odur ki indidən dəqiq nəsə demək çətindir. Biz əlimizdən gələni edəcəyik ki heç olmasa internet vasitəsi ilə matçı futbolsevərlərə təqdim edək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31