19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Heydər Əliyev Kuboku - 2014” başlayır

Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlığı ilə “Heydər Əliyev kuboku - 2014” mini futbol turniri start götürür. Futbolxeber.az-ın maəlaumatına görə, turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr , müxtəlif müəssisələr və təşəbbüs qruplarının iştirakı ilə oğlan və qızlardan ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparacaq. Reqlamentə əsasən turnir play-off sistemi ilə keçiriləcək (1/8, 1/4, 1/2, final). Keçiriləcək oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunacaq. Həmçinin komandalara tanınmış futbol ulduzları, məşqçilər və hakimlər tərəfindən “Heydər Əliyev kuboku - 2014” layihəsi çərçivəsində sağlam həyat tərzini təbliğ edən maarifləndirmə işləri aparılacaq və futbol haqqında geniş məlumatlar veriləcək. Qalib komandalar “Heydər Əliyev Kuboku”, fəxri fərman və medalla təltif olunacaq. Layihənin rəsmi açılış mərasimi 22 iyul tarixində Gəncə şəhərində keçiriləcək. “Heydər Əliyev kuboku - 2014” layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir. Layihə iyun-sentyabr aylarını əhatə etməklə 3 ay müddətində icra olunacaqdır.

Turnirdə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Əlaqə telefonu: (055-070) 652-77-27




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30