19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AZAL I divizion komandasıyla bacarmadı

Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində üçüncü oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” “AZAL Arena”da I divizion təmsilçisi “Neftçala” ilə qarşılaşıb.

Baş məşqçi Tərlan Əhmədovun əsasən düşərgədə olana bütün yeni futbolçuları sınamaq istədiyi görüş gərgin idman mübarizəsi şəraitində keçib. Ancaq AZAL 2 top buraxdıqdan sonra yalnız fərqi azaltmağa müəssər olub: 53-cü dəqiqədə Təmkinin ötürməsini Aydın dəqiq tamamlayıb. Belədə məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Bu oyunda AZAL-ın heyəti belə olub: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 65), Tural Nərimanov, Asif Mirili (Kərim Diniyev, 58), Xuan Fransisko Martines (Şəhriyar Rəhimov, 46), Valeri Kutsenko, Valid Xadraui (Orxan Lalayev, 36), Hüseyn Mehrəzman (Elmin Çobanov, 36), Aydın Qasımov, Təmkin Xəlilzadə, Vladislav Çeçelenko (Viktor İbekoyi, 36).

Qeyd edək ki, bundan öncə Azərbaycan tələbələr yığması (3:0) və “Rəvan” (3:0) ilə qarşılaşan AZAL, Bakı toplanışı çərçivəsində sonuncu oyununu iyulun 13-də keçirəcək. Bu görüşdəki sparrinq-rəqib hələ dəqiqləşməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30