25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Baçana Tsxadadze: “İsveçdə sərfəli nəticə qazanmağa çalışacağıq”

“İnter”in hücumçusu Baçana Tsxadadze “Tiraspol”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, gürcü hücumçu həm Moldova təmsilçisinə qarşı keçirilən oyun, həm də ikinci mərhələdə qarşılaşacaqları “Elfsborq” barədə danışıb.

- Oyun barədə nə deyə bilərsən?

- Matça istədiyimiz kimi başlamadıq. Bu isə bizim xeyrimizə deyildi. Lakin dəqiqələr keçdikcə oyuna nəzarəti ələ aldıq. Belə görünür ki, toparlanmaq və öz oyunumuzu sərgiləmək üçün bir qədər zamana ehtiyacımız vardı. Mühüm qələbə qazandıq. Bəlkə də deyəcəksiz ki, “Tiraspol” azlıqda qaldıqdan sonra qələbə qazandınız. Amma rəqib də əbəs yerdə azlıqda qalmadı. Deməli, biz elə oynadıq ki, onlar kobudluq etməyə məcbur oldular.

- İlk oyunda siz qol vursanız da, cavab matçında penaltini qaçırdınız. Özü də qapıda meydan oyunçusu dayanmışdı...

- Karyeramda ilk dəfədir ki penalti qaçırdım. Niyə belə alındığını bilmirəm. Bəlkə də qapıda meydan oyunçusunun dayanmasının bunda rolu oldu. Yaxşı olardı ki, orada elə qapıçı dayansın.

- Bu oyunla “İnter” gələcəkdə də uğura ümid edə bilər?

- Biz artırmalıyıq. İndiki məqamda mühüm olan mərhələ adlamağımızdır. Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq.

- Oyundan əvvəl qarşınıza hansı məqsəd qoyulmuşdu: mütləq qələbə qazanmaq, yoxsa növbəti mərhələyə vəsiqə əldə etmək?

- Biz qələbəyə can atırdıq. Çünki öz meydanımızda oynayırdıq. Azarkeşlər və Azərbaycan naminə qələbə qazanmaq istəyirdik. Sevinirəm ki bu gün fanatlar da bizi yalnız buraxmamışdılar. Düzdür, heç-heçə də bizi növbəti mərhələyə yüksəldəcəkdi. Lakin qələbənin yeri ayrıdır.

- Qarşıda sizi “Elfsborq”la oyunlar gözləyir. Bu komanda haqda hansı məlumata sahibsiniz?

- Sabahdan bu rəqibi öyrənməyə çalışacağıq. Lakin, bilirəm ki bu, fərqli komandadır. Səfərdə sərfəli nəticə qazanmağa çalışacağıq. Amma çox çətin olacaq.

- Necə hesab edirsiz, “Eslfborq” “Tiraspol”dan güclüdür?

- Bu komanda son illər mütəmadi olaraq avrokuboklarda oynayır. Onların heyətlərində təcrübəli futbolçular var. Təbii ki, çox çətin olacaq. Amma biz Avroliqada bacardığımız qədər irəli getmək istəyirik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30