19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Tsxadadze: “Tiraspol”u keçə bilməsəydik, burda qala bilməzdim”

“Oyuna bir qədər əsəbi şəkildə başladıq. Halbuki ilk oyundakı qələbəyə görə meydana daha rahat çıxmalıydıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Tiraspol”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis oyunun taleyini əvəzetmələrlə dəyişdiklərini bildirib: “Oyunun ssenarisini dəyişmək üçün artıq birinci hissədə əvəzetmə etdik. Bu da öz faydasını verdi. Deyərdim ki, qələbə qazanmağımızda etdiyimiz əvəzetmələrin böyük rolu oldu. Mənim olmamağımın elə bir önəmi yox idi. Əsas odur ki köməkçilərim nə etməli olduqlarını bilirdilər”.

Tsxadadze “Elfsborq” haqda da danışıb: “İsveç klubu daha güclüdür. Hər mövsüm avrokuboklarda oynayırlar. Heyətimiz mütləq güclənməlidir. Əgər, alınsa heyətə daha 2 futbolçunun adını daxil edəcəyik. Oyunun əvvəlində və ya son 10 dəqiqədə oynadığımız kimi çıxış etsək, rəqibi keçə bilmərik”

“İnter”in çalışdırıcısı azarkeşlərə minnətdarlıq edib: “Hər kəsə minnətdaram. “İnter”ə buna kimi heç vaxt belə dəstək verilməmişdi. Biz “Tiraspol”u mütləq keçməliyik. Əgər, “Tiraspol”u keçməsəydik, daha burda qala bilməzdim”.

    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30