19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yaşar Seyidov: “Pantiçin qayıdacağı bəlli deyil”

“Bakı”nın yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxışı mütləqdir. Düzdür, müəyyən çətinliklər var. Ancaq tez biz zamanda bütün problemlər arxada qalacaq”. Qol.Az saytına açıqlamasında bu sözləri “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.
 
Onun sözlərinə görə, AFFA prezidenti Rövnəq Abdullayev “Bakı”nın yeni mövsümdə Premyer Liqada iştirak edəcəyini təsdiq edib: “Bununla bağlı AFFA rəhbərliyi ilə görüşüm olub. Bildiriblər ki, Premyer Liqada iştiak etməyimiz üçün heç bir problem yoxdur və lazımi sənədləri AFFA-ya təqdim edə bilərik. “Bakı” klubunun müəyyən çətinlikləri zamanı biz bir daha AFFA prezidenti Rövnəq Abdullayevin və AFFA-nın baş katibi Elxan Məmmədovun xüsusi qayğısını hiss etdik. Ona görə də inanmıram ki, Rövnəq müəllim “Bakı”nı belə çətin vaxtında tək buraxsın. Bizim kollektivimizdə dərin bir inam var ki, AFFA prezidenti “Bakı”nın yanında olacaq və bütün problemlər yaxın günlərdə həll ediləcək”.
 
Klub rəsmisi baş məşqçi Milinko Pantiçin “Bakı”dan imtina etməsi və köməkçilərini geri çağırması haqda mətbuatda yayılan xəbərlərə də münasibət bildirib: “Bəli, Pantiçin köməkçiləri bu gün məşqdə iştirak etməyiblər. Ona görə də, futbolçuları əvəzedici komandanın baş məşçisi İbrahim Uzunca məşqə çıxarıb. Bu səbəbdən mətbuatda o cür xəbərlər dolaşır. Pantiçin  köməkçiləri isə hələ ki, Bakıdadırlar. Məlum məsələlərin həll olunmasını gözləyirlər. Bütün dünyada belədir ki, baş məşqçi olmadıqda komandaya əvəzedici komandanınn baş məşqçisi rəhbərlik edə bilər. Pantiçin qayıdıb-qayıtmamaq məsələsi hələ açıq qalır. Əgər Pantiç gedərsə, yeni baş məşqçini təyin etmək klub prezidenti Hafiz Məmmədovun səlahiyyətində olacaq. Düşünürəm ki, bu məsələ də həllini tapacaq. Çünki “Bakı” sıradan bir komanda deyil. Klubumuzda görülən işlər göz qabağındadır. Belə bir strukuturu olan klubun problemləri həll olunmalıdır ”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30