23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Xəzər Lənkəran” Mbilla və Sadiodan asılı komanda deyil”

Hazırda Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun rumıniyalı yarımmüdafiəçisi Adrian Skarlatake apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Hazırlıqlar necə gedir?

- Hər şey yaxşıdı. Müxtəlif təmrinlər üzərində çalışırıq. Bizim üçün əsas fiziki-hazırlıqdı ki, bunun üzərinə işləyirik. Oğuz Çətinin məşqləri həm zövqlüdü, həm də çətin. Qarşıdakı mövsümdə hər kəs fərqli “Xəzər Lənkəran” görəcək.

- “Xəzər Lənkəran” ötən mövsüm həm də fiziki durumuna görə tənqid edilirdi...

- Tənqid edənlərlə razılaşmaq lazımdı. Amma bu mövsüm çox fərqli olacaq. Buna əmin olun.

- Oğuz Çətin komandada özünəinam yarada bilib?

- O, gənc məşqçidi, amma yaxşı komanda quracağına əminəm. “Xəzər Lənkəran”ın bu mövsüm uğura çox ehtiyacı var. Fikrimcə, biz artıq başqa komandayıq. O, uğursuz komandadan əsər-əlamət qalmayıb. Hər kəs özünü yaxşı hiss edir. Həm fiziki, həm taktiki hazırlıqlarımız yüksək səviyyədədi. Qarşıdakı mövsümdə tam başqa futbol oynayacağıq.

- Heyətə yeni futbolçular cəlb edilib. Onlar haqda nə deyə bilərsiniz?

- Səviyyələri yüksəkdi, hər biri ilk “11-lik”də oynamağa layiqdi.

- Bəs hansı mövqelər üçün yeni futbolçulara ehtiyacınız var?

- Bütün mövqelərdə yaxşı futbolçularımız var. Amma yaxşı hücumçu gəlməlidi. Çünki hücum xəttində təkcə Nildodu.

- Mbilla Etame və Sadio Tounkara hələ də təlim-məşq toplanışına qatılmayıblar. Sizcə, buna səbəb nədir?

- Onların geri dönmək istəməməyini anlamıram. Əgər bura qayıtmaq fikirləri yoxdursa, məcbur etmək olmaz. “Xəzər Lənkəran” nə Mbilladan, nə də Sadiodan asılı komanda deyil. Biz onlarsız da yaxşı oynayacağıq.

- İddialı danışsanız da, hələlik hücum xətti ilə yanaşı, qapıçı problemi də həll olunmayıb...

- Yaxın günlərdə düşərgəyə yeni qapıçı gəlməlidi. Düzdü, bizim Orxan Sadıqlı kimi qapıçımız var, ona inanırıq. Gənc olsa da, yaxşıdı. Amma başqa qolkiperə də ehtiyac var.

- Həmyerliniz Kristian Belqradyenin “Xəzər Lənkəran”a gələcəyi deyilir. Həmin qapıçını tanıyırsınız?

- Əlbəttə. Onunla 4 il “Dinamo”da bir yerdə oynamışıq. Komandamıza gəlməsi mümkündü. Bu barədə Kristianın özü ilə söhbət etmişəm. Ümid edirəm ki, onu növbəti mövsüm burada görəcəyəm. Əla qapıçıdı.

- Digər həmyerliniz - tanınmış məşqçi Dorinel Muntyanu “Qəbələ” ilə ilk oyununda Avropa Liqasının I təsnifat mərhələsində “Şiroki Briyeq”ə uduzdu. Ümumiyyətlə, siz bu oyundan hansı nəticəni gözləyirdiniz?

- Özünüz də dediniz ki, ilk oyunda uduzdu. Bunu normal sayıram. Məşqçinin özünü göstərməsi üçün vaxta ehtiyacı var. Muntyanunu çox yaxşı tanıyıram. Onun Çempionlar Liqası təcrübəsi var. İnanın ki, özünü sübut edəcək. “Qəbələ” güclü komandadı. Həmyerlimin də onlarla uğur qazanacağına inanıram.

- Bu gün onlar cavab oyununa çıxacaqlar...

- Çətin olacaq. Amma inanıram ki, bunu bacaracaqlar. Hələ heç nə bitməyib.

- Dostlarınız Andrey Kristea və Adrian Ropotan da Dorinel Muntyani ilə birlikdə Azərbaycana gəldilər...

- Hər ikisini yaxından tanıyıram. Adaptasiya olmaq üçün vaxta ehtiyacları var. Yaxşı futbolçulardı. Əgər adaptasiya ilə bağlı problemlərini tez bir zamanda yoluna qoya bilsələr, “Qəbələ” üçün çox vacib futbolçulara çevriləcəklər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30