19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tsxadadze: “Arxayınlaşa bilmərik”

Sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında Moldovanın “Tiraspol” klubunu qəbul edəcək “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyunöncəsi son məşqdən sonra jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis ilk öncə komandasının hazırlıq prosesindən danışıb: “Ciddi şəkildə oyuna hazırlaşırıq. İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşa bilmərik. Elə Moldovadakı oyun da göstərdi ki futbolda arxayınlaşmaq olmaz. Təəssüfləndirici məqam odur ki, Elvin Məmmədov sabah meydana çıxa bilməyəcək. Onun məşqdə zədələnməsi heç də yerinə düşmədi. Lakin komandada onu əvəz edə biləcək futbolçularımız var. Elvin ilk oyunda çox yaxşı oynamışdı. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq”.

Rəqibin heyətindəki erməni futbolçunun Bakıya gəlməməsinə şərh vermək istəməyən Tsxadadze, komandasının ilk oyunda sona yaxın ardıcıl 2 qol buraxmasının da səbəbini açıqlamayıb: “Təbii ki, dəfələrlə oyunu izləyib, səhvlərimizi görmüşük. Amma oyundan qabaq mən bir-bir səhvlər barədə danışmaq istəməzdim. Əsad odur ki, həmin səhvlər sabah təkrarlanmasın. Həm də sabahkı oyun ilk matçdan fərqlənəcək. İlk matçda biz lazımı qədər aqressiv oynamadıq. Aqressiv deyəndə, sərgilənən futbolu nəzərdə tuturam. Amma sabah öz azarkeşlərimiz önündə oynayacağıq. İlk dəqiqələrdən oyuna nəzarət etməli, öz istədiyimiz futbolu sərgiləməliyik”.

Komandasının 70 faiz mərhələ adladığı fikri ilə razılaşmayan gürcü mütəxəssis, “Elfsborq” barədə düşünməyin tez olduğunu deyib.

Tsxadadze həmçinin komandasının mütləq güclənməli olduğunu bildirib: “Biz nəinki hücum xəttini, bütün mövqeləri demək olar ki gücləndirməliyik. Bu haqda mütəmadi olaraq klubumuzun sahibi cənab Hacıyevlə də danışırıq. Amma hələ ki istədiyimiz futbolçuları tapa bilmirik. Ötən il seleksiya işində müəyyən səhvlərə yol verdik. İndi həmin səhvləri təkrarlaya bilmərik. Odur ki işimizi ehtiyatlı tutmalıyıq. Hazırda 1 hücumçudan cavab gözləyirik. Əgər, razılıq əldə olunsa, onun adını iştirak ərizəsinə daxil edəcəyik”.

    

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30