19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında da spreydən istifadə olunacaq

“Bizim çempionatda spreydən istifadə olunması üzərində işlər gedir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Komitə rəhbəri 2014/2015 mövsümün Azərbaycan Premyer Liqasında hakimlərin standart vəziyyətlər zamanı yararlandığı spreydən istifadəsinin mümkün olduğunu bildirib: “Əsas odur ki, AFFA və PFL rəhbərliyi buna razılıq verib. Biz FİFA-ya və UEFA-ya bununla bağlı müraciət etmişik. Amma spreylərin gəlməsi tez bir zamanda mümkün deyil. Bəzən futbol qurumlarına belə şeyləri sifariş edəndə üstündən xeyli vaxt keçdikdən sonra gəlir. Biz istəyirik ki, çempionatın bütün oyunlarında bu üsuldan istifadə edək. Premyer Liqada 180 oyun keçirilir. Hər bir oyunda 1 sprey kifayət edəcək. Bunun üçün çalışırıq. Çox güman ki, növbəti mövsüm bu reallaşacaq”.

Qeyd edək ki, Braziliyada keçirilən dünya çempionatının oyunları zamanı istifadə olunan sprey futbol üçün uğurlu yenilik sayılır. Bəzi ölkələr 2014/15 mövsümündən, avrokuboklarda isə 2015/16 mövsümündən bu addım atılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30