25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Adamlar Hafiz Məmmədovun qəbuluna düşmək üçün günlərlə gözləyirlər” -

İnter”in yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi

- Komandanı “Tiraspol”la oyuna necə hazırlaşır?

- Ciddi. Məqsədimiz növbəti mərhələyə adlamaqdı. Heyətdə zədəli futbolçumuz yoxdu. Amma bu, həyatdı. Oyuna kimi hər şey ola bilər.

- Tiraspoldakı görüşdə hesab 3:0 olduqdan sonra qapınızda 2 top buraxdınız. Cavab görüşü öncəsi bundan nəticə çıxarmısınızmı?

- Əlbəttə. 3:0 hesabıyla qalib gəlsəydik, onlar Bakıya belə ümidlə gəlməyəcəkdilər. Vurduqları 2 top onlara motivasiya verdi ki, burdakı qarşılaşmaya daha ciddi hazırlaşsınlar.

- “İnter”in müdafiədə etibarlı oyunu ilə seçilməsi məlumdu. Rəqibi ancaq ən azından 2:0 hesablı qələbə qane etdiyindən, burda onlara qarşı bir qədər müdafiəyəmeylli oynamaq düzgün olmazmı?

- Vallah, baş məşqçi necə taktika quracaqsa, ona uyğun da çıxıb meydanda öz oyunumuzu göstərəcəyik. Artıq bu barədə baş məşqçi bizə tapşırıq verib. Ancaq “Tiraspol” önünə hansı taktika ilə çıxacağımızı deyə bilmərəm. Bu, mətbuat üçün deyil. Məşqçimizin öz fəlsəfəsi var. O çalışır ki, bu oyun sisteminə uyğunlaşaq. Məqsədimiz nəyin bahasına olur-olsun, mərhələ keçməkdi. Ola bilər hesabı da qoruyaq, ola bilər ki, irəli də atılaq.

- İsveçin “Elfsborq” klubu haqqında nə məlumatlara maliksiniz?

- Hələ bu barədə danışmaq istəmirəm. Çünki hələ mərhələ keçməmişik. Ancaq “Tiraspol” oyunu haqda düşünürük. İnşallah, bu mərhələni adladıqdan sonra baş məşqçimiz İsveç klubu haqqında bizə məlumat verəcək.

- “İnter”dəki ilk rəsmi oyununuzda qol və qol ötürməsinə imza atdınız. Halbuki, sonuncu dəfə sizdən belə gözəl oyunu “Qarabağ”da görmüşdük. “İnter”ə tez öyrəşməyiniz nədən irəli gəlir?

- Gələcəyə baxmaq lazımdır. 6 il öncə “İnter”də çıxış etmişəm, bu komandanın oyun üslubuna yaxından bələdəm. Bu klubun bəlli sistemi, bəlli strategiyası var. İnşallah, gələcəkdə bu komandada bundan daha da yaxşı çıxış edəcəyəm.

- Rauf Əliyev və Əfran İsmayılovdan fərqli, “Bakı” ilə müqaviləniz başa çatmışdı. Sərbəst futbolçu kimi “İnter”ə problemsiz keçdiyinizə görə sevinirsinizmi?

- Əlbəttə.

- Yoxsa sizi də onların indiki aqibəti gözləyirdi?

- Bəlkə də. Futbolçu hansısa kluba məxsusdursa, ordan gedərkən icazə almalıdı. Bu, normal haldı.

- Sabiq klubunuz olan “Bakı”nın gah dağılacağı, gah da çempionatda aşağı yaş qrupları ilə təmsil olunacağı bildirilir. 3 il şərəfini qoruduğun klub haqqında bu xəbərləri eşitmək sizə pis təsir etmir ki?

- Bu məsələlərin hamısı düzələcək. Mətbuatda çox şey yazılır. Ancaq bunun dəqiqliyini bilmək üçün işin içində olmaq lazımdı. “Bakı”nın prezidenti Hafiz Məmmədov elə insandır ki, onun daxilini heç kim bilə bilməz. Adamlar onun qəbuluna düşmək üçün günlərlə gözləyirlər. Mənim bu dəqiqə onun haqqında danışmağım yersizdi. Bu haqda heç nə bilmirəm. Amma yəqin ki, belə getməz, düzələr...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30