19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Simurq” sabah “Vardar”la qarşılaşacaq

Yeni mövsümün hazırlıqları üçün Sloveniyada olan "Simurq", təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub prezidenti Anar Bəkirovunda izlədiyi ilk yoldaşlıq görüşündə "Aluminiy"i baxışda olan çexiyalı hücumçu Lukas Tresnakın qolu sayəsində minimal hesabla məğlub edən Zaqatala təmsilçisi, ikinci yoxlama görüşünü iyulun 9-da keçirəcək. Zaqatala təmsilçisini  rəqibi Makedoniyanın “Vardar” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Qeyd edək ki, “Simurq”un təlim-məşq toplanışı proqram üzrə davam edir. Hazırlıqları ara vermədən davam etdirən "Simurq", dünən bir məşqlə kifayətlənib. Məşqçilər korpusu səhər hazırlığından sonra yetirmələrinə istirahət verib. Bu gündən isə "sarı-qaralar" yenidən gündə iki dəfə olaraq çalışmaları bərpa edəcək. Hazırda baxışda olan futbolçulardan yalnız biri - Lukas Tresnak komanda ilə məşqləri davam etdirir. Yarımmüdafiəçi Damyan Trifkoviç isə artıq düşərgədən ayrılıb. Onunla bağlı məşqçilər hələ ki, son qərarını verməyib. Digər baxış üçün təşrif buyuracaq futbolçuları gözdən keçirdikdən sonra sloveniyalı yarımmüdafiəçi haqqında son fikir bildiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30