25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Muntyanu: "Qəbələ"nin iddiaları çox böyükdü"

“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu Rumıniya Futbol Federasiyasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Qəbələ”nin baş məşqçisi olmağınızın səbəbi nədi?

- Mənim üçün yeni təcrübə olacaq. Bir neçə klubdan təklif almışdım. Lakin “Qəbələ”nin layihələri məni cəlb etdi. Bu klubun iddiaları çox böyükdü.

- Orda özünüz üçün nə tapdınız?

- Müasir, qüsursuz təşkilatçılıq və böyük investisiyalar. Buradakı insanlar inkişaf istəyir və böyük uğurlar üçün vacib olan təməli qoyublar.

- 20 il əvvəl siz də dünya çempionatında oynamışdınız. İndiki həmin turnir haqda düşünürsünüz?

- Azarkeşlər də, həmin vaxt mundialda oynamış insanlar da bunu xatırlayır.

- Millidə 134 oyun keçirmisiniz. Onların ən yaxşısı hansıdı?

- Bizim üçün hər matç həlledici idi. Bu üzdən də nələrəsə nail olmuşduq. Ən yaxşı saya biləcəyim oyunlar isə bir neçədi.

- Braziliyadakı mundialda kimə azarkeşlik edirsiniz?

- Vaxtilə Almaniyada oynamışam. Bu ölkəni və milləti sevmişəm. Onların çempion olmasını istəyirəm. Mənə elə gəlir ki, finalda Avropa və Cənubi Amerika təmsilçiləri qarşılaşacaq.

- AVRO-2016-nın seçmə mərhələsindən nə gözləyirsiz?

- Rumıniyanın final mərhələsinə çıxmamasını təsəvvür edə bilmirəm. Əgər yığmamız seçmə mərhələni adlaya bilməsə, faciə olacaq. Bu haqda düşünmək istəmirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30