18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“O, artıq “Xəzər Lənkəran”ın futbolçusudu”

Ərzurumda təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” artıq Türkiyədən Sloveniyaya yollanıb. Apasport.az xəbər verir ki, cənub təmsilçisi hazırlığın ikinci mərhələsini Toplitse şəhəri yaxınlığında keçirəcək.

Yeni futbolçulardan Rəşad Sadiqov, Aleksandr Şemonayev, Qalin İvanov və Fernando Gabriel də komanda ilə birgədi. Türkiyədəki toplanışa qatılmayan Mbilla Etame və Sadio Tounkaradan isə xəbər-ətər yoxdu.

Baş məşqçi Oğuz Çətinin “Şanlıurfaspor”dan israrla transfer etmək istədiyi  Alfred Sanko ilə də razılığa gəlinib. Syerre-leoneli yarımmüdafiəçi artıq komandanın Sloveniyadakı toplanışına qatılıb. Onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilir. Bunu saytımıza açıqlamasında afrikalı futbolçunu meneceri Ahmet Arslan da təsdiqləyib: “Alfred Sanko “Xəzər Lənkəran”ın düşərgəsindədir. O, artıq yeni komandası ilə müqavilə imzalayacaq. Müqaviləsinin müddətini sizə deyə bilmərəm. Amma əminliklə deyirəm ki, o, artıq “Xəzər Lənkəran”ın futbolçusudu və növbəti mövsüm orada olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30