20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Hafiz Məmmədovun dəyərləri...

Könül istərdi ki, bu dəfə də Hafiz Məmmədovun futbol layihələrindən yazasan. İstər “Bakı” haqda olsun, istər sahibi olduğu “Lans”, istərsə də sponsorluq etdiyi “Atletiko”da gördüyü işlərdən. Amma olmur... Hara hərlənib-fırlansan da, gəlib çıxırsan yenə mediadakı bu qədər hay-küyün, dedi-qodunun, qeybətin üzərinə.
 
Və təkcə yazı-pozu əhli deyil bu qeybəti edən, onlara elə Məmmədovun prezidenti olduğu “Bakı”nın yerli futbolçuları da qoşulub. Heç legionerlərin səsi bu qədər yüksəkdən çıxmır. Dünənə qədər Məmmədovun komandasında oynamağı özünə şərəf sayanlar bu gün hər şeyi, haqqı-salamı belə tapdayaraq “Bəxtiyar” filmindəki o məşhur epizoddakı manıs kimi hay-şüvən qoparıblar: “Pulumu verin!”.
 
Başa düşdük, pulsuzluğa dözmək çətindir, çox çətindir. Amma Hafiz Məmmədovun düşdüyü bu vəziyyət həm də çoxları üçün bir imtahandır: mənəviyyat imtahanı, sədaqət imtahanı!
 
“Bakı” bu kollektivin üzvünün hər birinin həm də ikinci evidir. Evin söhbətini isə kənara çıxarmırlar. Bu şəkildə, ümumiyyətlə, çıxarmırlar.
 
Çıxaranda bu, heç Allaha da xoş getməz.
 
Allahdan söz düşmüşkən... Allah Sözün yanında olanları həmişə qiymətləndirib. Ona görə də qədim tarixdən ta müasir dövrümüzdə kimi belə insanlar güclü olublar. Hafiz Məmmədov həm Allahın diqtəsi, həm də özünün istəyi ilə həmişə əli qələm tutan və tutmayan çox adama dəyər verib. Bilməyənlər üçün qeyd edim: Azərbaycanda H.Məmmədov qədər heç bir zəngin, ya da qeyri-zəngin iş adamı yazı-pozu adamlarına bu qədər diqqət göstərməyib. Əmin olun, bundan sonra da göstərməyəcək. Bir jurnalist dostum yaxşı yazmışdı: nəinki iş adamlarının, heç onların sahibi olduğu ofisin süpürgəçisinin belə salam vermək istəmədiyi bir çox jurnalisti Hafiz Məmmədov dəfələrlə ən hörmətli qonağı kimi qəbul edib, ən yüksək səviyyədə də yola salıb.
 
Jurnalistə belə dəyər verən ikinci bir iş adamının adını çəkə bilərsiniz? Yox. Mümkün də deyil. Bəs, əvəzində onlar (təbii ki, Hafiz Məmmədovun işini haqlı tənqid edənləri çıxmaqla) nə edib və nələr edirlər?
 
Məmmədovun ən çətin anında belə onun tərəfə daş atıb nəyisə umurlar. Həmkarlarım haqda belə yazmaq istəməzdim, amma bu, görməmişlikdir.
 
Dünənə kimi ona dəstək verənə balta vururlar: bu, nankorluqdur.
 
Çətinə düşənin yanında olmaq üçün pul tələb edirlər: bu, saxtakarlığın ən zirvə nöqtəsidir.
 
Sözün, Söz adamının yanında olanı, ona dəstək verəni ləkələyirlər: bu, artıq həm də sözə sataşmaq kimidir. Sözə sataşmaq isə günahdır...
 
Hafiz Məmmədovun dəyər verdiyi təkcə Söz olmayıb, insanlar olub, insanlıq olub. Sözlə ifadə edilməyəcək qədər etdiyi fədakarlıqlar başqa bir dəyər olub.
 
Məlum, bu aralar Hafiz Məmmədov çox maddi sıxıntı çəkir. Amma, təbii, hər şey düzələr yəqin...
 
Çünki onun arxasında özünün də bilmədiyi və görmədiyi böyük bir qüvvə dayanıb: dualar!
 
Çörək verdiyi adamların duaları...
 
Aydın BAĞIROV, Qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30