19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Cavid Hüseynov “Qəbələ”də

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan və Ruslan Abışovu rənglərinə bağlayan "qırmızı-qaralar" Cavid Hüseynovu da sıralarına qatıb. Ötən mövsüm "Bakı"da top qovan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Hüseynov yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.

9 mart 1988-ci ildə anadan olan Cavid peşəkar futbolçu karyerasına 2004-cü ildə "Turan"da  start verib. Hüseynov daha sonra MOİK, "Olimpik", "İnter", "Neftçi", "Adana Demirspor" (Türkiyə) və "Bakı" kimi klubların şərəfini qoruyub.

Cavid Hüseynov Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib və 1 qola imza atıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30