19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Gedib, başımı kəsəcəm”

“Sevinə bilmərəm. Oyunumuz alınmadı. Bütün məsuliyyət mənim boynumdadı. Məğlub olduğumuza görə hər kəsdən üzr istəyirəm. Rəqib ən azı ilyarımdır bu heyətlə oynayır. Qarşıda cavab oyunu var. Çalışacağıq ki, mərhələ adlamaq üçün möcüzə edək. Futbolçularım  da uğur qazanmağı çox istəyirdilər. Lakin alınmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Şiroki Briyeq”lə oyundan sonra “Qəbələ”nin baş məşqçisi   Dorinel Muntyanu deyib.

O, komandada problemlər olmadığını bildirib: “Siz hazırlıqlar zamanı hansı problemlərlə qarşılaşdığımızı bilmirsiz. Nəticəyə görə də məsuliyyəti mən daşıyıram. Futbolçularım çox çalışsalar da, bu gün onların günü deyildi. Mən deməmişəm ki, yüz faiz mərhələ adlayacağıq. Mən demişdim ki, mərhələ adlamaq üçün hər şey edəcəm”.

Rumın mütəxəssis vaxt azlığından gileylənib: “İndi biz hazırlıq dövründəyik. Cəmi 2 həftə məşq etmişik. Birinci hissədə biz rəqiblə başa-baş oynadıq. Amma ikinci hissədə fiziki cəhətdən çatdırmırdıq. Həmçinin də ehtiyatda lazımı qədər qüvvəmiz yoxdu. Bugünkü gündə ən yaxşı heyəti meydana buraxdım. Rəhbərliklə lazımı olan transferlər barədə müzakirə aparmışıq. Diqqətdə saxladığımız xeyli oyunçu var. Media qarşısında uduzandan sonra deyə bilmərəm ki, hansı oyunçular lazımdır. Məqsədimiz heyətdə balans yaratmaqdır. Öz futbolçularımı qorumağım normal haldı. Onların arxasında dayanıram. Özümü cəzalandırmağa gəldikdə isə, gedib, başımı kəsəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30