28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şensoy AFFA və TFF arasındakı danışıqlara münasibət bildirdi

“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy azərbaycanlı futbolçuların Türkiyə Superliqasında, türkiyəli futbolçuların da Azərbaycan Premyer Liqasında legioner sayılmaması barədə iki ölkə federasiyaları arasında aparılan danışıqlara münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Şensoy “facebook” sosial şəbəkəsində bu barədə yazıb:

“Türkiyə və Azərbaycan futbol federasiyaları arasında keçirilən görüşlərdən sonra artıq hər iki ölkənin ən yüksək liqalarında oynayacaq futbolçuları legioner statusunda sayılmayacaq.

İlk dəfə Azərbaycanda 2000/01 mövsümündə “Turan” klubunu çalışdırarkən bu fikri mən ortaya atmışdım. Bunun səbəbi də çox sadədi: “Əgər Avropa Birliyinə üzv ölkələr öz aralarında belə bir anlaşmanı həyata keçirirlərsə, nəyə görə Türk dövlətləri də eyni sistemdən istifadə etməsinlər?”

14 il sonra bu fikrimin reallaşması yolunda atılan addımlar məni də bir xeyli sevindirdi.

Xatırladım, indiyə qədər Türkiydə, sadəcə PTT birinci liqində Türk Cumhuriyyətlərindən olan futbolçulardan ikisi yerli statusunda oynaya bilirdi...”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31