29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

BB-Burası Brazilyamı?

Nələr baş verdiyini hamı görür. Bu boyda dünya da bu dəfəki mundialda baş verənlərə tamaşa edir. Lap özlərini ələ salıblar, biri ora qaçır, biri bura, yıxılan, duran kim. Biri sevincindən tullanıb-düşür, biri əsəbindən saçlarını yolur. Bir başqası da sir-sifətini rəngləyir ki, nə var-nə var guya bu da fanatdı.

Futbolçular da elə bilirlər ki, camaat onlara görə özlərini öldürür. Gecə restoranda bolluca qəlyan çəkəndən, şıllaq atıb rəqs edəndən sonra səhərisi saçlarına sığal çəkib stadiona çıxırlar və başlayırlar özlərini camaata göstərməyə. Bu azmış kimi ayaqları da elə başları kimi işləyən bu ulduzlar aradabir azarkeşlərə barmaqlarını da göstərməyə cəsarət edirlər. Bir-ikisi hətta tribunada oturub tumla əlbəyaxa olan fanatı yağlı söyüşə qonaq etməkdən də çəkinmir.

İndi kimsə soruşa bilər ki, bu lap ağ oldu, belə şeylər ola bilməz, bəs polislər hara baxır? Guya onlardakı polislərin hara baxdıqlarını bilmirsiniz? Bəs mobil telefonlardakı gic-gic süjetlərə kim tamaşa edir, hərdən bir də azarkeşlərin üstünə kim qışqırır? “A bala, səs-küy salamayın başımız ağradı” deyə, azarkeşə əsəbiləşən polisi televizordan heç görmədinizmi? Belə mənzərə stadionlarda adidən də adi hala çevrilib. Stadionlar da nə stadion, bilmirsən təbii otdu, yoxsa süni, hər ay təmir edirlər, yenə pis günə düşür. Arada da filan qədər pul belə batır. Puldan danışmasaq lap yaxşıdı, onsuz da nə gedir bağdan gedir, bağbanın nə vecinə... Pulun xərclənməsinə nəzarət edənlərin işləri başdan aşır. Üstəlik, hakimlərə tapşırıqları-filanları var, hansısa komandanı yuxarı qaldırmaq, digərinin ayağından dartmaq lazımdı ya yox? Bunu hakimlərdən başqa kim yaxşı bacarar ki...

Hakimlər də bəzi oyunlarda elə penalti təyin edirlər, adam bilmir ağlasın, yoxsa gülsün. Hər halda gülsə yaxşıdı, güləndə adam bir az stress ata bilir.

Ona görə də gülə-gülə stress atır və fikirləşirəm ki, görəsən burası Brazilyamı? Nədənsə mənə başqa, tanış bir ölkəni xatırladır...

Etibar Cəbrayıloğlu, “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31