29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: “İndidən qələbənin təməli qoyulmalıdır”

“Rəqib tələbələrdən ibarət yığma komanda olsa da, bu gün çox gözəl oyun nümayiş etdirdilər. Belə oyunlara elə də önəm vermirəm. Sadəcə, komandanın fiziki durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

AZAL-ın tələbələrdən ibarət Azərbaycan yığma komandasına 3:0 hesabı ilə qalib gəldiyi oyun barədə klubun rəsmi saytına danışan Əhmədov, qələbənin önəm daşımadığını bildirib: “Hər iki hissədə fərqli heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım. Komandanın qələbə qazanıb-qazanmaması elə də ciddi önəm daşımırdı. Ancaq hər halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdır. Bu həftə sırf fiziki hazırlığa önəm vermişdim. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çatışmazlıqlarımız var. Bundan sonra bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdur”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31