29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" yeni mövsümün hazırlıqlarına start verib

2014/15 ci il mövsümünün hazırlıqları üçün iyunun 26-da Sloveniyaya gedən “Simurq” çalışmaları davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq dünən “Simurq” ilk məşqinə çıxıb. Zaqatala təmsilçisi hazırlığın ilk mərhələsinə bu heyətlə start verib: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizov, İlkin Qırtımov, İdan Vaitsman, Usim Nduka, Tural Axundov, Rüstəm Məmmədov, Məhərrəm Hüseynov. Murad Səttarlı, Benjamin Lambot, Patrik Osiako, Rəşad Eyyubov, Samir Zərgərov, Draqan Çeran.

Baş məşqçi Georgi Çixradze həmçinin əvəzedici heyətdən müdafiəçi Kənan Müslümov, yarımmüdafiəçilər Sahib Abbasov, Nicat Muxtarov, İlqar Hüseynov və hücumçu Oruc Balaşlını da əsas heyətə dəvət edərək, təlim-məşq toplanışı üçün Sloveniyaya gətirib.

 Mövsüm sonunda müqaviləsi başa çatan, lakin komandayla yeni saziş bağlamağa hazırlaşan xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak isə bu gündən düşərgəyə qoşulub.

Qeyd edək ki, əsasən fiziki gücün artırılmasından ibarət çalışmaları yerinə yetirən “Simurq”, Sloveniya hazırlığı çərçivəsində gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək. İyulun 13-də təlim-məşq toplanışını başa vuraraq ölkəyə qayıdacaq. İlk mərhələdə Georgi Çixradzenin yetirmələri üç yoxlama görüşü keçirdəcək. Qarşılaşmalar ayın 6, 9 və 12 keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31