26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Vaqif Cavadov: "Məni daha çox istəyən komandaya keçdim"

Azərbaycan millisinin futbolçusu, Türkiyənin "Qaziantep Böyükşehir Bələdiyyəspor"la müqavilə imzalayan Vaqif Cavadovun müsahibəsi.

- "Qaziantep Bələdiyyəspor" klubundan təklif nə vaxt gəldi?

- Hər şey 1 həftə ərzində həll olundu. Klubun baş məşqçisi və rəhbərliyi mənimlə əlaqə saxladılar. Onlar məni öz komandalarında görmək istədiklərini bildirdilər. Danışıqlar başladı və 3 gün ərzində müqavilə imzalayacağımız məlum oldu. Klubun prezidenti məni komandasında görməyə israr edirdi. Çox sevindim ki, Türkiyə klubu mənimlə yaxından maraqlandı. Keçidimdə komandanın mənə özəl münasibəti, transferimda israr etməsi həlledici oldu. Məni daha çox istəyən komandada oynayacam.

- Klubun şəraiti hansı vəziyyətdədi?

- Komandanın gözəl bazası var. 4 meydança futbolçuların ixtiyarındadı. Futbolçular üçün hər cür şərait var. Komanda iyulun 7-də hazırlığa başlayacaq. Klub rəhbərliyi iddialı komanda formalaşdırır. Baş məşqçimiz uzun müddət Super Liqada işləyən mütəxəssisdir. Özümə gəldikdə, Türkiyədə ailəmlə yaşayacam. Mənə ayrıca ev və maşın ayrılacaq.

- Digər klublardan təklifin var idi?

- Azərbaycan və Rusiya klublarından təklif var idi. Hər birinə təşəkkür edirəm. Transferimdə maddi məsələ önəmli olmayıb. Klubun mənə marağı və peşəkar yanaşması diqqətimdən yayınmadı. Türkiyəni seçməyimdə buranın Bakıya yaxın olması da az rol oynamadı. Ümidləri doğrultmaq üçün çalışacam. İnanıram ki, məşqçiləri məyus etməyəcəm.

- Qısa fasilədən sonra yenidən legioner həyatı yaşamaq çətin olmayacaq ki?

- Mən hər zaman legioner olmağa hazır olmuşam. Müəyyən vaxtlarda mümkün olmayıb. Bəzən ailə vəziyyətimlə əlaqədar alınmayıb. Hər zaman Azərbaycandan kənarda oynamağa hazır olmuşam. Yeni klubumun iddiası böyükdü. Tez bir zamanda döyüşkən komanda formalaşmağa çalışırlar. Bundan sonra yüksək yerlər uğrunda mübarizə aparacayıq.

- Azərbaycana nə vaxt qayıdacaqsan?

- Sabah Bakıya gələcəm. Əşyalarımı toplayacam və 1 həftəyə Türkiyəyə dönürəm. Karyerama gəldikdə 2 il Türkiyədə oynamalıyam. Klubuma xeyir vermək istəyirəm. Azərbaycan Türkiyədə layiqincə təmsil etməyə çalışacam. Oyunumla azarkeşlərin rəğbətini qazanmaq niyyətindəyəm.

- Türkiyə 1-ci liqası geriyə addım sayıla bilər?

- Əsla, Türkiyədə futbolun necə inkişafda olması hamıya məlumdu. Ona görə bu barədə danışmağa ehtiyac yoxdu. Azarkeşlər, oyunlardakı rəqabət çempionatın səviyyəsini göstərir. Futbolçu xarici ölkədə çıxış etməklə hər şeyi yenidən başlayır. Özümü sübut etmək deməzdim, sadəcə futbolumu oynayacam. Azərbaycanlı futbolçu kimi komandamın uğur qazanması üçün səy göstərəcəm.

- Keçmiş komandan "İnter" Avropa Liqasında Moldovanın "Tiraspol" klubuna rəqib olub. Şansları necə qiymətləndirirsən?

- Bütün klublara uğurlar diləyirəm. "İnter" yaxşı komandadadı. Lakin arxayınlaşmaq olmaz. İndi futbolu bacarmayan klub yoxdu. Sözsüs ki, Moldova təmsilçisi sona qədər mübarizə aparacaq. Azərbaycan klublarından heç olmasa ikisinin qrup mərhələsinə vəsiqə qazanmasını gözləyirəm. "Neftçi"nin qrup mərhələsinə düşməsindən sonra klublarımız heç olmasa bu uğuru təkrarlamağa çalışmalıdı.

 


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30