28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter”in yeni transferi: “Buradayamsa, deməli, gücümə və özümə inanıram”

“İnter”in yeni transferlərindən olan Mirzağa Hüseynpur  klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Öncə “İnter”ə keçidiniz barədə danışmağınızı xahiş edirik.

- Kaxaber Tsxadadze kimi ixtisaslı məşqçinin mənə diqqət yetirməsi mənim üçün çox xoş idi. Demək olar bu təklifə həmən razılıq verdim. “İnter”ə keçidim də belə baş tutdu.

- Necə düşünürsüz, sizin hansı üstünlüyünüz “İnter”i cəlb etdi ki, sizə təklif göndərdi?

- Ola bilər oyun tərzimə görə baş məşqçinin diqqətini cəlb etdim. “İnter”in sərgilədiyi oyun tərzi mənə xoş təsir bağışlayır. Məşqlərdə fəal şəkildə ötürmələr edirik və qaçırıq. Taktiki tapşırıqlar üzərində çox çalışırıq, bir sözlə, baş məşqçi bizdən taktiki savadlılığa və oyun tərzimizə riayət etməyimizi tələb edir.

- Demək olarmı ki, ötən mövsüm sizin üçün heç də pis alınmadı. “Sumqayıt” Premyer Liqada yerini saxladı, siz də Premyer Liqanın oyunlarında özünüzü yaxşı tərəfdən nümayiş etdirdiniz?

- Hesab edirəm ki, mövsüm mənim üçün yaxşı alındı, axı onun bitməsindən sonra “İnter”ə keçdim. Lakin etiraf etmək lazımdır ki, ötən mövsüm mənim üçün asan olmadı, axı mənim müəyyən problemlərim vardı, müəyyən anda mən getdim, ancaq yenidən qayıtdım və yalnız çempionatın sonu uğurlu alındı.

- “Sumqayıt”a qədər siz Rusiyada çıxış etmisiniz. Karyeranıza orada başladınız və orada da bir neçə il çıxış etdiniz. Karyeranızın bu mərhələsi barədə danışmağınızı xahiş edirik.

- Mən futbol oynamağa Rostov vilayətində başlamışam. Sonra Gəlincikdə oynadım, daha sonra Olimpiya Ehtiyat Məktəbində keçdim və burada 1 il çıxış etdim. Bundan sonra Rostovun “XXI əsr” Uşaq Gənclər Futbol Məktəbində 5 il futbol oynadım, sonra “Rostov” klubunun əvəzedici heyətinə keçdim. Tezliklə toplanışa hazırlanan əsas komandaya dəvət etdilər, ancaq aldığım zədə komandaya qoşulmağa imkan vermədi. Zədədən sonra Novoçerkask şəhərinin “MİTOS” klubuna keçdim. Karyeramın Rusiyanın ikinci liqasında uğurlu alındığını deyə bilmərəm. Orada 2 il oynadım və sonra Azərbaycana gəldim.

- “İnter”də əsas heyət uğrunda böyük rəqabət var. Əsas yer uğrunda mübarizəyə hazırsınızmı?

- Hətta daha az ambisiyalı komandada da əsas heyətdə yeri asanlıqla vermirlər. Əsas yerə layiq olduğunu həmişə təsdiqləmək lazımdır. Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram. Əsas heyət uğrunda mübarizəyə hazıram, çox çalışacağam. Bizim çox güclü futbolçularımız və rəqabət var, kimin oynayacağına da baş məşqçi qərar verəcək. Kaxaber Tsxadadze çox güclü futbolçu olub və indi də o, futbol fəlsəfəsini məşqçi timsalında həyata keçirir. Təbii ki, kimin əsas heyətin tərkibində meydana çıxacağını o, daha yaxşı bilir.

- Artıq bir aydır “İnter”in heyətindəsiniz. Yeni komandaya uyğunlaşmağınızın artıq başa çatdığını demək olarmı?

- Əlbəttə. Bizim çox güclü futbolçularımız var və onlar ilk növbədə çox yaxşı insanlardır. Komanda yoldaşlarım çox mehribandılar. Bəzilərini “Sumqayıt”da birlikdə çıxış etdiyimiz zaman tanıyırdım. “İnter”ə uyğunlamağım çox asan keçdi.

- Təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiniz? Yükləmələrlə bacarmaq çətin deyil?

- Xeyr, çətin deyil, ona görə ki, hamı belə yükləmələrə hazırdır. Birinci toplanışda diqqət əsasən fiziki yükləmələrə yönəldilmişdi. Həmişə belə olur. Biz çox qaçırdıq və məşqlər çox intensiv olurdu, amma bizə bu toplanışı yaxşı keçirmək müyəssər oldu. Etiraf edim ki, hətta məzuniyyətdə olan zaman fərdi qaydada qaçırdım, trenajor zalında məşq edirdim.

- Sizə qədər 9 nömrəli köynəkdə nəinki “İnter”də oynamış, hətta indiyədək Azərbaycan Çempionatında mübarizə aparmış ən təcrübəli və tanınmış futbolçulardan biri Aleksandr İaşvili çıxış edirdi. Ümumiyyətlə, bu nömrədən komandaların bir qayda olaraq aparıcı futbolçuları istifadə edirlər. Bu faktor sizə əlavə məsuliyyət aşılayırmı?

- 9 nömrəli formada oynamaq mənim üçün böyük şərəfdir, buna qədər həmin formada Aleksandr İaşvili kimi təcrübəli futbolçu çıxış etmişdi. İnşallah, mən bu nömrəyə uyğun gələrəm!Etiraf edim ki, bu nömrəni seçməzdən öncə soruşdum. 9 nömrə- böyük məsuliyyətdir. “İnter”ə kömək etmək və mənə göstərilən etimadı doğrultmaq istəyirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31