18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Maribor”u məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün  hazırlıq çərçivəsində ikinci - sonuncu sınaq oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə 21:00-da start götürən matçda "qırmızı-qaralar" Sloveniya çempionu "Maribor"la qarşılaşıb. "Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb: Kamran Ağayev, Ruslan Tağızadə, Volodimir Levin, Rafael Santos, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Nizami Hacıyev, Elvin Camalov, Viktor Mendi.

Matça yaxşı başlayan "Qəbələ" 14-cü dəqiqədə hesabı açıb. Ruslan Abışovun cərimə zərbəsindən asmasını Rafael Santos başla tamamlayıb. Matçın qalan dəqiqələrində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hesab dəyişməyib və "Qəbələ" Avropa Liqası matçı öncəsi sınaq oyununda Sloveniya çempionu üzərində minimal hesablı qələbə qazanıb.

Bununla da, "Qəbələ" Sloveniyadakı təlim-məşq toplanışını tamamlayıb. Komanda sabah vətənə dönəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30